Yaponiyanın “Sharp” elektronika istehsalçısı beşinci nəsil şəbəkələrini dəstəkləyən ilk qabaqcıl smartfonunu təqdim edib.

“Sharp Aquos R5G” smartfonuna 6,5 düymlük 3168×1440 piksel təsvir ölçülü QHD IGZO matris quraşdırılıb. Qurğunun ekranı 120 hers yeniləmə tezliyini dəstəkləyir, ekranın maksimal parlaqlığı isə 1000 nit təşkil edir. “Sharp” şirkətinin nümayəndələri bildiriblər ki, ekranın parlaqlığı görüntüdən asılı olaraq avtomatik tənzimlənir.

“Aquos R5G” smartfonu yeni “Qualcomm Snapdragon 865” prosessoru, 12 QB əməli yaddaş və 256 QB daxili yaddaşla təchiz edilib. Qurğunun əsas kamerası 4 sensordan ibarətdir: 12 mp, 48 mp, 12 mp və ToF sensor. 8K formatında video çəkilişi mümkündür. Ön kameranın təsvir ölçüsü 16 mp təşkil edir. Qurğunun daxili akkumulyatorunun tutumu 3730 milliamper/saat təşkil edir.

“Sharp” şirkəti biometrik autentifikasiya vasitəsi kimi ekranın aşağı hissəsində ayrıca bir yerdə barmaq izi skaneri quraşdırıb. Bundan başqa, qurğu NFC moduluna, “IP68” standartına uyğun olan su keçirməmək qabiliyyətinə, həmçinin yeni “Wi-Fi 6” standartına malikdir.

Oxumağa dəyər:   "Samsung" və "LG" zavodları bağlanır

Bu ilin yazında satışa çıxarılacaq sözügedən smartfon üç rəngdə əlçatan olacaq: göy, qara və ağ. İstehsalçı hələ ki “Sharp Aquos R5G” aparatının dəyərini açıqlamayıb.

Emil Hüseynov

İstinadlar ict news