Milli Məclisinin deputatı Cavanşir Paşazadənin Feysbukda yazdığı statusdakı qrammatik səhvlər şəbəkə istifadəçilərinin gülüş hədəfi olub.

O, Özbəkistanda keçirilən prezident seçkisində müşahidəçi qisməndə iştirak edib.

Bununla bağlı etdiyi paylaşımda isə ciddi qrammatik səhvlərə yol verib. İstifadəçilərin tənqidindən sonra isə C.Paşazadə statusu silib.

Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də  keçirilib.