Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşəcək.

QMİ-nin Mətbuat xidmətindən verilən məlumata görə, səfər Roma Katolik Kilsəsinin başçısı Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilir.

Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Vatikan dövlətinin başçısı və dünya katoliklərinin lideri – Roma Papası Fransisk, habelə Müqəddəs Taxt-Tacın bir sıra ali rəsmiləri ilə görüşləri planlaşdırılır.

Səfər yanvarın 17-nə kimi davam edəcək.

İstinadlar Qafqazinfo