Roma Papası I Fransisk Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxüsilam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi dinlərarası nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycanın Fransadakı və Vatikandakı səfiri Rəhman Mustafayev Tvitter hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə Cənubi Qafqazda əməkdaşlıq, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verə biləcək addımlar müzakirə olunub.