Seyşel adalarının əsas adasında – Maedə yerləşən paytaxt Viktoriyadan cənubdakı sənaye zonasında partlayıcı maddələr olan anbarda ciddi partlayış baş verib. Güclü yağışlar nəticəsində meydana gələn daşqınlar vəziyyəti daha da ağırlaşdırıb. Nəticədə bu ölkənin Prezidenti Vavel Ramkalavan fövqəladə vəziyyət elan edib.

Bu barədə Seyşel Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ada sakinləri çölə çıxmamağa çağırılıb. Bundan başqa, məktəblərdə dərslər dayandırılır. Yalnız həyati əhəmiyyət kəsb edən sahələrin işçilərinə və artıq yolda olan şəxslərə sərbəst hərəkət etməyə icazə verilib.

Qeyd edilib ki, sənaye zonası və onun ətrafına ciddi ziyan dəyib.Hadisə nəticəsində xəsarət alanlar var.

İstinadlar Report