Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan parlamentdə “Ermənistan” seçki blokuna rəhbərlik edəcək.

Seçki blokunun katibi vəzifəsinə kimin təyin ediləcəyinə hələ qərar verilməyib və müzakirələr davam edir. 

Ölkənin keçmiş Prezidenti Robert Koçaryanın “Ermənistan” bloku parlamentdə 29 yer əldə edəcək. Bu mandatlardan biri assuriyalı milli azlıqların nümayəndəsi Zemfira Mirzoyeva üçün nəzərdə tutulub.