“Gürcüstandan gəlirdim. Bir nəfər yaxınlaşıb xahiş etdi ki, 3 telefon və 2 siqaret qutusunu mən keçirim. Ona bildirdim  ki, hazırda bu işlərə nəzarət edən bir şəxslə danışır”.

Bu sözləri Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov deyib. O bildirib ki, sərhəd məntəqələrində, xüsusilə də Gürcüstandan ölkəmizə keçən turistlər bu kimi hallarla tez-tez rastlaşır:

“Dünyanın heç bir yerində belə bir şey yoxdur. Səyahətçi özü ilə 30 kilo kartof, 20 kilo yağ aparar? Əfsuslar olsun ki, ölkəmizə daxil olan vətəndaşlar sərhəd məntəqələrində bu kimi hallarla tez-tez rastlaşır.

Bundan başqa, fiziki şəxslərin sərhəddən keçən zaman sıxlığın yaranması sadəcə gömrüklə bağlı deyil. Hazırda sıxlığın aradan qaldırılması üçün işlər görülür və Sərhəd Xidməti ilə qarşılıqlı əməkdaşlıqla artıq öz həllini tapır”.

Rəis müavini onu da qeyd edib ki, hazırda Gömrük Məcəlləsində Sovet dövründən qalan sözlərin, o cümlədən, “Broker ” sözünün dəyişdirilməsi ilə bağlı təklif irəli surülüb.

Oxumağa dəyər:   Merkel Gürcüstana səfər edəcək – Tarix açıqlandı

“Broker” sözünün əvəzinə Gömrük Təmsilçisi işlədilə bilər.

İstinadlar Qafqazinfo