Sexdə maska taxmayan 18 işçi cərimələndi – Video

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində karantin qaydalarını pozaraq işçiləri qapalı məkanda tibbi maskadan istifadə etməyən şirniyyat sexi aşkarlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, obyektə baxış zamanı sexdə işləyən 18 nəfər tibbi maskadan istifadə etmədikləri üçün hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib və onlarla profilaktik söhbətlər aparılıb.
Sexi icarə əsasında işlədən Rəfail Əliyevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində araşdırmalar davam etdirilir.
Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO

2021-ci ilin döyüş hazırlığı planına əsasən, minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Minaatanlar təlim prosesinin növbəti mərhələsini müvəffəqiyyətlə icra edib.
Evindən 1 kq heroin və silah tapıldı – Foto – VİDEO

Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən külli miqdarda heroin və silah aşkar edilib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər məhkum olunmuş vətəndaş Şahin Mahmudov Ramana qəsəbəsi ərazisində tutulub. Onun üzərindən ümumilikdə 4 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 1ədəd elektron tərəzi aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Mahmudovun yaşadığı evdə satış məqsədi ilə əldə etdiyi killi miqdarda heroin olduğu da müəyyən olunub. Onun mənzilinin zirzəmisinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 100 qram olan heroin və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o tutularaq istintaqa cəlb olunub.
DİN maşınların texniki baxışı ilə bağlı xəbərdarlıq yaydı – VİDEO

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha müraciət edib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.
Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki yeni istifadəyə verilmiş Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər.
Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.
Qeyd edək ki, müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-00-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər.
Sonda qeyd edək ki, texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülərə rast gəlinməkdədir. Bəzi sürücülər texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Belə sürücülər də dövlət yol polisinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanır və onlar qanunvericiliyə uyğun olaraq cərimə olunurlar.
Yaşlı insanların təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı – VİDEO

İyirmidən çox şəxsin etibarından sui-istifadə edərək bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 900 manatı ələ keçirib. Bu barədə kart sahibi polisə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb.
Hadisəni törətməkdə şübhəli bilinən Ramil Orucov tutulub. O, ifadəsində etdiyi cinayəti etiraf edib və eyni üsulla, yəni bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən 20-dən artıq şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladığını bildirib.
Qeyd edək ki, R.Orucovdan əsasən ahıl yaşlı şəxslər təqaüd kartlarından pul çıxarılması üçün kömək istəyiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ciayət işi başlanılıb. Ramil Orucovun Suraxanı rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

“YAŞAT” Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi – VİDEO

Ağır yaralanan qazilərimiz Ağaşov Qulu Rövşən oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Həşimov Qismət Razim oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndəriliblər.
Məlumata görə, ağır yaralanan qazilərimiz Ağaşov Qulu Rövşən oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Həşimov Qismət Razim oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndəriliblər.
Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.Fond tərəfindən bu günə qədər 23 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov-az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
“Şuşanı alan XTQ-lər yaralı halda azı 3 gün döyüşüb” – Video

Vətən Müharibəsində peşəsindən asılı olmayaraq demək olar ki, hər kəs yumruq kimi birləşərək orduya dəstək olmağa can atırdı, arxa cəbhədə olanlar da əsgərlərə əlindən gələn köməyi edirdi. Onların səhhətinə cavabdeh olub bir çox hərbçini yenidən həyata, döyüş meydanına qaytaran isə həkimlərimiz idi.
“Qafqazinfo” olaraq həkim-nevropotoloq, baş leytenant Elşad Əliyevlə XTQ zabiti, dörd aydır erməni snayperin vurduğu gülləni başında gəzdirən Zaur Muradovun həkimi kimi tanış olmuşduq. Bu dəfə onunla daha geniş söhbət edib həkimin ön cəbhədə yaralıların yaşaması uğrunda apardığı özünəməxsus döyüş, müharibə günləri və yaralı əsgərlərimizin qəhrəmanlıq salnamələri haqda danışdıq.
Füzuli, Hadrut və Xocavənddə hərbi həkim kimi xidmət edən E.Əliyevlə müsahibəni təqdim edirik:
Video: Pərvin Zeynal
Martın ilk günü Gədəbəyə qar yağır – Video

Bu gün səhər saatlarından başlayaraq Gədəbəy rayonuna qar yağmağa başlayıb.
Yağıntı nəticəsində rayon mərkəzində, həmçinin Şəmkir-Gədəbəy avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yaranıb.
Hazırda davam edən qarlı hava vətəndaşlar üçün də müəyyən kommunal problemlər yaradıb.
Elmar Əli
Ağdamın Güllücə kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Xocavəndin Çiraquz kəndi – VİDEO

Müdafiə Nazirliyi Xocavənd rayonunun Çiraquz kəndindən videogörüntülər paylaşıb.
“Report” həmin görüntüləri təqdim edir.
Türkiyə hərbi sənayesindən daha bir uğur – VİDEO

Türkiyənin milli hərbi sənayesi daha bir yeni silah sistemini təqdim edib.
Bu, SUNGUR yaxın mənzilli zenit-raket kompleksidir. “Ejder Yalçın” zirehli avtomobilinin üzərində quraşdırılan raket kompleksinin sınaqlarının tamamlandığı haqda Müdafiə Sənayesi Agentliyinin başqanı İsmayıl Demir özünün sosial şəbəkə hesabından elan edib. Və kompleksin videogörüntülərini paylaşıb.
Kompleks portativ özəllikləri sayəsində quru, hava və dəniz platformalarına inteqrasiya edilə biləcək. “Sevindirici hadisənin xəbərini aldıq, birazdan sizlərlə də paylaşacağam, gözləyin”,-İsmayıl Demir yazıb. Və daha sonra kompleksin sınaqlarına dair görüntüləri yayıb. Videogörüntülərə əsasən SUNGUR yaxın mənzilli hava hədəfini yüksək dəqiqliklə vurur. Kompleksi Türkiyənin və dünyanın aparıcı hərbi sənaye şirkətlərindən olan ROKETSAN hazırlayıb.
Bu komplekslər Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan və ABŞ istehsalı olan “Stinger” zenit-raket komplekslərini əvəz edəcək. Və Türkiyənin eşalonlaşdırılmış havadan müdafiə sisteminin ilk eşalonunda yer alacaq.
Kompleks qanadlı raketlərə, pilotsuz uçan aparatlara, alçaqdan uçan təyyarələrə və vertolyotlara qarşı yüksək effektivlik nümayiş etdirir. Və quru qoşunlarını həm hücumda, həm müdafiədə belə hava hədəflərinə qarşı qoruyur. Tezliklə SUNGUR komplekslərinin silahlanmaya daxl olacağı gözlənilir. Komplekslər ROKETSAN-ın PORSAV “yer-hava” raketləri ilə təchiz edilib. Bu raketlər 4 kilometrə qədər yüksəklikdə, 8 kilometrə qədər uzaqlıqda olan hədəfləri vura bilir.
Qeyd edək ki, SUNGUR yaxın mənzilli zenit-rakeet komplekslərinə gələcəkdə Azərbaycan da maraq göstərə bilər. Çünki bu komplekslər Azərbaycan ordusunun silahlanmasında yer alan “OSA” yaxın mənzilli zenit-raket komplekslərini (modernizə edilmiş variant) gələcəkdə əvəz etmək üçün ideal vasitədir.
Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər

Müdafiə Nazirliyi Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər paylaşıb.
“Report” həmin görüntüləri təqdim edir.
Qarabağda aeroportun tikintisi sürətlə aparılır – VİDEO

Füzuli şəhərində beynəlxalq aeroportun tikintisinə başlanılıb və artıq payızda onun istismara verilməsi planlaşdırılır.
Bu, dağıdılmış yaşayış məskənlərinin, o cümlədən Şuşa şəhərinin bərpasını sürətləndirəcək.
Ərazidə eyni zamanda iki avtomobil yolu inşa olunur. Füzuli aeroportu ən ağır hava maşınları da daxil olmaqla, bütün təyyarə növlərini qəbul etməyə qadir olacaq və artıq beynəlxalq indekslər kataloquna daxil edilib.
“Azəraeronaviqasiya” müəssisəsinin Hava Hərəkətinə Nəzarət idarəsinin direktoru Fərhan Quliyev bu hava limanının bölgənin, xüsusən də Şuşanin turizm potensialını üzə çıxaracağını, bununla yanaşı bölgənin iqtisadi inkişafına töhfə verəcəyini qeyd edib.
Ermənistanda etiraz aksiyaları – Paşinyanın istefası tələb olunur + Video

Ermənistanın Sünik vilayətinin Kapan şəhərində müxalifətin mitinqi başlayıb.
Aksiyanın 2 minə yaxın iştirakçısı Baş nazir Nikol Paşinyanın dərhal istefasını tələb edir. Müxalifət tərəfdarları onu xəyanətdə, müharibədə məğlubiyyətdə və bütövlükdə regionun və ölkənin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edirlər.
Bakı meri küçələrin qardan gec təmizlənməsinin səbəbini açıqladı – Video

“Ayın 24-də səhərə yaxın tam həcmdə olmasa da, küçələrin böyük bir hissəsi təmizlənərək istifadəyə verilmişdi”.
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, 12 saat dayanmadan qar yağdığını nəzərə almaq lazımdır:
“Küçəni təmizləyirdilər, 1-2 saatdan sonra həmin küçəyə yenidən qayıtmalı olurdular. Biz öz zəif yerlərimizi də gördük. Ancaq hesab edirəm ki, kommunal xidmət öz vəzifəsinin öhdəsindən gəldi.
Bakıda beş minə qədər küçə mövcuddur. Bu beş min küçəni eyni anda qardan təmizləmək mümkün deyil. Bu proses qrafik əsasında həyata keçirildi”.
“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” – İlham Əliyev + Video

“Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır”.
Bu sözləri Prezident İlham Əliyev ötən gün yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var:
“Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır. Hansılar ki, öz canından keçib vətən uğrunda. Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər”.
İlham Əliyev: “Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır” – VİDEO

“Qarabağda rəsmi dil məsələsi barədə sualınıza dair qeyd edə bilərəm ki, bu, bir manipulyasiyadır. Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında İspaniyanın “La Vanguardia” qəzetinin əməkdaşının sualını cavablandırarkən deyib.
“Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz. Eyni zamanda, biz heç bir dilə hər hansı məhdudiyyət qoymuruq. Rus dili Azərbaycanda bildiyiniz kimi, çox geniş istifadə edilir. Bu gün bizdə sovet dövründən fərqli olaraq rus dilində daha çox qəzet və internet saytları fəaliyyət göstərir. 340-a yaxın rus bölməsi olan məktəbimiz var. Ermənistanda isə neçə belə məktəb var? Sıfır. Ermənistanda yalnız orada olan rus hərbi kontingentinin övladları üçün bir məktəb fəaliyyət göstərir. Onlarda hətta təqribən belə bir qanun da qəbul edilib ki, erməni uşaqları rus məktəblərinə gedə bilməz. Yəni bu, özlərinin qeyd etdiyi kimi, strateji tərəfdaşlarına olan diskriminasiya, ayrı-seçkilikdir. Onlar Rusiyadan hərbi resursları qəbul edirlər, bizim məhv etdiyimiz bütün silahları, hansı ki dəyəri 3-5 milyard dollar civarındadır, onlar bütün bunu Rusiyadan pulsuz almışdılar. Bu, hədiyyə və ya dırnaqarası kredit müqaviləsi əsasında olmuşdur. Həmin kredit ki, onlar heç zaman onu ödəməyəcəklər. Baxın, belə bir tərəfdaşa qarşı onlar ayrı-seçkilik edirlər. Rusiya televiziya kanallarına qarşı yeni qanunvericilik qəbul edilmişdir. Müharibədən sonra onlar bunu bir balaca, qismən aradan qaldırıblar. Onlar rus dilini qadağan edirlər, rusdilli məktəbləri qadağan edirlər. Ancaq baxın, indi Rusiya sülhməramlıları Qarabağa yerləşəndən sonra birdən bunlar rus dilini rəsmi dil kimi qəbul edirlər. Mən suahili dilini təklif edirəm. Belə olsa, onlar dil cəhətdən uzaq, ucqar ölkələrlə təmas qurmağa da nail ola bilərlər.
Gələcəyə gəldikdə, Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir, bizim bütün dövlət universitetlərində rus bölmələri var. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır.
Mənim müxtəlif xarici dil biliklərimə dair komplimentinizə görə təşəkkür edirəm. Bəli, mən xarici dilləri öyrənmişəm və hər zaman bunu daha tez-tez istifadə etmək mənə xoşdur”, – dövlət başçısı bildirib.
Həmçinin baxın
Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO
Ermənistanda etiraz aksiyaları – Paşinyanın istefası tələb olunur + Video
Bakı meri küçələrin qardan gec təmizlənməsinin səbəbini açıqladı – Video
“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” – İlham Əliyev + Video
İlham Əliyev: “Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır” – VİDEO
Bosniya və Herseqovinanın “O Kanal” televiziyası Ağdamdan reportaj hazırlayıb – VİDEO
ABŞ-da yaşayan Xocalı sakini: “Qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss edirəm” – VİDEO
Xocalı soyqırımı ilə bağlı Azərbaycan Ordusunda tədbirlər keçirilib – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla