Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə ümumilikdə 176 məhkum (165 kişi və 11 qadın) cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.

Ötən gün səhər saatlarından etibarən əfvin icrasına başlanılıb və yekun vurulub.
Sərəncamın şamil olunduğu şəxslər arasında 85 yaşlı Musa Musayev də var. 8 il azadlıqdan məhrum edilən M. Musayev ömrünün 4 il 6 ayını həbsxana şəraitində keçirib: “Azadlığa çıxmışam, sevinirəm. Yenə də burada ölməyəcəyəm, gedim həyətimdə ölüm… İndiyə kimi bunu dərk edirdim, buna da çatdım”.