
KXDR-in nüvə silahından istifadəsi “onun rejiminin sonuna” gətirib çıxaracaq.
Bunu Cənubi Koreya Prezidenti Yun Sok Yol Sonnam aerodromunda Silahlı Qüvvələr Günü münasibətilə keçirilən təntənəli mərasimdə bildirib.
“Əgər Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd göstərsə, ordumuzun və Cənubi Koreya-ABŞ ittifaqının əzici və qətiyyətli cavabı ilə üzləşəcək. Həmin gün Şimali Koreya rejiminin sonu günü olacaq”, – Prezident deyib. Onun çıxışını KBS telekanalı yayımlayıb. Daha sonra Seulun mərkəzi küçəsində hərbi parad keçiriləcək.
“Şimali Koreya rejimi nüvə silahının onu qoruduğu illüziyasından xilas olmalıdır”, – Yun Sok Yol vurğulayıb. O qeyd edib ki, Vaşinqton Bəyannaməsinin qəbul edilməsi ilə Cənubi Koreya və ABŞ ittifaqı “nüvə silahına əsaslanan alyans” olub. Cənubi Koreya lideri həmçinin Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlığı gücləndirəcəyini bildirib.