
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl-Səud Ər-Riyadda ABŞ-nin dövlət katibi Marko Rubio ilə iki ölkənin dünyada və Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərini müzakirə edib.
Bu barədə Səudiyyə Mətbuat Agentliyinin yaydığı bəyanatda deyilib.
“Görüş zamanı iki dost ölkə arasındakı münasibətlərin müxtəlif aspektləri, eləcə də müxtəlif sahələrdə onların möhkəmləndirilməsi və inkişafı yolları nəzərdən keçirilib”, – məlumatda qeyd olunub.
Tərəflər həmçinin regionda və dünyada baş verən hadisələri, təhlükəsizlik və sabitliyin əldə edilməsi istiqamətində görülən işləri müzakirə ediblər.