Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin şimalında “Ənsar Allah” hərəkatı (husilər) döyüşçülərinin mövqelərinə zərbələr endiriblər.

Bu barədə “Saudi Press Agency” məlumat yayıb.

Bildirilir ki, koalisiya təyyarələri Saad əyalətində husilərin mövqelərinə 5 zərbə endirib. Nəticədə husilərin bir sıra komanda məntəqələri sıradan çıxıb. Məlumatda bir neçə üsyançının həlak olduğu və ya yaralandığı bildirilir.

Koalisiya qüvvələri paytaxt Sənada husilərin nəzarəti altında olan ərazilərə bir neçə zərbə endiriblər.

İstinadlar Report