Katif şəhərində patrul xidməti həyata keçirən hərbi texnikaya raket atılıb.

Azərbaycan 24 xəbər verir ki, Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyindən bu barədə məlumat yayılıb.

Baş verən terakt nəticəsində 1 əsgər həlak olub, 6-sı isə yaralanıb.

Hadisə ilə bağlı istintaq başladıldıb.

Qeyd edək ki, bu, Katifdə son bir ayda təşkil edilən 6-cı terror aktı olub.

İstinadlar axar.az