
Səudiyyə Ərəbistanı ordusunun yeddi hərbi qulluqçusu Yəmənlə sərhəddə şiə qiyamçıları ilə döyüşdə həlak olub.
“Report”un məlumattına görə, bu barədə Yəmən hökumətinə dəstək göstərən ərəb koalisiyasının yaydığı bəyanatda deyilir.
“Səudiyyə Ərəbistanı silahlı qüvvələri şiə qiyamçılarının Səudiyyə Ərəbistanı-Yəmən sərhədindən krallığın ərazisinə qanunsuz keçmə cəhdinin qarşısını alıb. Bu o deməkdir ki, üsyançılar atəşkəs haqqında saziş kobud şəkildə pozub”, – deyə Səudiyyə Ərəbistanı Mətbuat Agentliyi məlumat yayıb.
Koalisiyadan bildirilib ki, silahlı toqquşma zamanı şiə qiyamçıları da canlı qüvvə və texnika baxımından böyük itki verib.