Səudiyyə Ərəbistanında Ümrə Ziyarətinə gedən zəvvarları daşıyan avtobusun körpüyə çırpılması və sonradan yanması nəticəsində 20 nəfər ölüb, daha 29 nəfər yaralanıb.
Məlumata görə, Məkkəyə gedən avtobusun qəzaya uğramasında əyləc sistemindəki nasazlıq olub.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşını və yanğınsöndürənlər göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.