Səudiyyə Ərəbistanında daha 3 121 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə məlumatı krallığın Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, ölkədə virusa yoluxanların sayı 98 869-a yüksəlib. Bildirilir ki, ötən sutkada 34 nəfər pandemiyanın qurbanı olub.

Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 676-ya çatıb.

Ölkədə müalicə alan 71 791 xəstə sağalıb.

İstinadlar Report