Səudiyyə Ərəbistanı koronavirusa qarşı peyvəndlənməmiş dövlət və özəl şirkətlərin əməkdaşlarının iş yerlərinə getməsinə qadağa qoyub.

Bu barədə Krallığın kadrlar və sosial inkişaf nazirliyinin yaydığı məlumatda deyilir.

“Koronavirusa qarşı vaksinasiya bütün sahələrdə – dövlət, özəl və xeyriyyə təşkilatlarında əməkdaşların iş yerlərinə gəlməsi üçün zəruri şərt olacaq”, – məlumatda bildirilir.

Nazirlik bütün işçiləri vaksinasiyaya hazırlaşmağa çağırıb.

İstinadlar Report