Səudiyyə Ərəbistanı gələn aydan ABŞ-a və Asiya ölkələrinə ixrac etdiyi neft markalarının qiymətlərini artıracaq.

ABŞ-dan olan alıcılar üçün “Arab Light” markası 0,5 ABŞ dolları baha başa gələcək, onun qiyməti “Argus Sour Crude Index”nin kotirovkalarından 6,15 ABŞ dolları çox olacaq.

Asiya ölkələrinə tədarük edilən “Arab Light” markası da 0,5 ABŞ dolları bahalaşaraq Oman və Dubay neftindən 9,8 ABŞ dolları baha satılacaq. Həmçinin “Arab Heavy” markalı neft 0,3 ABŞ dolları bahalaşacaq.

İstinadlar Report