Səudiyyə Ərəbistanı neft hasilatını 2 milyon barelədək artırmağa razılıq verib

Bunu ABŞ prezidenti Donald Tramp “Tvitter” səhifəsində yazıb.
“İndicə Səudiyyə Ərəbistanı kralı Salmanla telefonla danışdım. Mən Səudiyyə Ərəbistanından İranda, Venesuelada baş verən qarşıdurmalar və qanun pozuntuları səbəbindən neft hasilatını 2 milyon barelədək artırmağı xahiş etdim. O da razılaşdı”, – Tramp qeyd edib.