
Səudiyyə Ərəbistanı hakimiyyəti çərşənbə axşamı həm Krallıq, həm də ABŞ vətəndaşı olan, 19 il həbs cəzasına məhkum edilmiş Saad İbrahim Əl Madini azad edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Saad İbrahim Əl Madinin oğlunun agentliyə verdiyi məlumata görə, atası hazırda Ər-Riyadda ailəsi ilə birlikdə evdədir:
“Bütün ittihamlar götürülüb. Lakin səyahət qadağasının aradan qaldırılmasını istəyirik”.