
Səudiyyə Ərəbistanı Ramazan ayından sonra Suriyanın paytaxtı Dəməşq şəhərində konsulluq açacaq.
Diplomatik nümayəndəlik 12 il əvvəl bağlanmışdı.
Rusiya bu məsələdə Suriya və Səudiyyə Ərəbistanı arasında vasitəçilik edib. Nəticədə konsulluğun fəaliyyətini bərpa etməsi barədə qərar verilib.
Bundan əvvəl rəsmi Moskva eyni məsələ ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Suriya arasında vasitəçilik edib. Danışıqlar müsbət nəticələnib və BƏƏ Dəməşqdə konsulluq açmağa razılıq verib.