Ermənistanın birinci prezidenti, Erməni Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan da ölkədə keçirilən növbədənkənar parlament seçkilərində iştirak edib.

Siyasətçi Yerevan şəhərinin 9/19 saylı seçki məntəqəsində səs verib.

Məlumata görə, Petrosyan məntəqəyə ailə üzvləri ilə deyil, tək gəlib.

O, jurnalistlərin suallarını cavablandırmayıb, səsvermədən dərhal sonra avtomobilinə əyləşib və ərazidən uzaqlaşıb. 

Daha əvvəl Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan səs veriblər.