Energetika Nazirliyi bu ilin yanvar-iyul aylarında ölkədə istehsal olunmuş elektrik enerjisinin həcmini və müxtəlif mənbələr üzrə payını açıqlayıb.

Hesabatda deyilir ki, 7 ayda Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % artaraq 16 milyard 278,1 milyon kVt/s olub.

Bunun isə kiçik bir qismi günəş və külək enerji stansiyalarının payına düşüb.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində göstərilir ki, Azərbaycan 203-cu ilə qədər bərpaolunan enerji mənbələrinin qoyuluş gücü ümumi enerji sektorunda 30%-ə çatdırılacaq.

Energetika Nazirliyinin mətbuat sektorunun müdiri – mətbuat katibi Cahid Mikayılov “Report”a açıqlamasında qeyd edib ki, ənənəvi su elektrik stansiyaları (SES) da bərpaolunan enerji mənbələrinə aid edilməlidir: “SES-lər bərpaolunan enerji mənbəyi hesab edilir. Çünki sudan elektrik enerjisi alınması zamanı da təbiət çirklənmir, istixana qazları atmosferə atılmır. Bunları nəzərə alsaq ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin payı 1% deyil, 10%-dən yüksək olur.

Təbii ki, qoyuluş gücü və istehsalda faizlər fərqli olur. Çünki bərpa olunan enerji mənbələrindən alınan elektrik enerjisinin həcmi təbii resurslar olan günəş, külək, su və s. asılıdır. Biz 2030-cu ildə ümumi qoyuluş gücündə bərpaolunan enerji mənbələrindən istifadəni 30%-ə çatdırmağı planlaşdırırıq. Həmçinin bütün bunlar tamamilə özəl investisiyalar hesabına həyata keçiriləcək. Hansı ki, artıq 2 stansiyanın təməli qoyulub. Günəş və külək elektrik stansiyalarının 2023-cü ildə fəaliyyətə başlaması nəzərdə tutulub. Onların gücü kifayət qədər çoxdur. Həmin stansiyalar 230 və 240 MVT-lıq stansiyalardır və onlar faizlərin dəyişməsinə təsir göstərəcək”.

“Təəssüf ki, bir günün yaxud bir ilin içində stansiyanı işə salmaq mümkün olmur. Axı həm də biz bunu tamamilə özəl investisiyalar hesabına etmək istəyirik, yəni dövlət büdcəsindən bu məqsədlə pul ayrılmasında maraqlı deyilik. Bu səbəbdən də bir qədər vaxt ala bilir.

Əslində hər ikisini nəzərdə tuturam. Amma onları kiçik və böyük SES-lərə ayırmaq olar. Sırf texniki cəhətdən ənənəvi SES-lərin bərpaolunan enerji mənbələrinə aid edilməsi ilə bağlı fikir ayrılıqları var. Amma mən bərpaolunan enerji mənbələri üzrə mühəndis-energetik kimi, mütəxəssis kimi deyə bilərəm ki, böyük SES-lər bərpaolunan enerji mənbələri siyahısına daxil ola bilər. Çünki faktiki olaraq burada yanmadan söhbət getmir, təbiətə atqı qazları atılmır və bu, öz-özünü bərpa edir. Yəni çayın quruması, yoxa çıxması halı baş vermir”.

“Azalternativenerji” MMC-nin baş energetiki, alim Tahir Cəfərov isə hesab edir ki, ənənəvi SES-lər ekologiyaya daha çox ziyan vurur və bu baxımdan onları bərpaolunan enerji mənbələrinə aid etmək olmaz: “Bərpaolunan enerji ətraf mühitə ziyan vurmadan alınan enerjidir. Bu baxımdan hesab edirəm ki, yalnız “düz axımlı” su mənbələrində olan su elektrik stansiyaları bərpaolunan enerji mənbəsi hesab edilə bilər. Amma ənənəvi SES-lər bəndlənmə vasitəsi ilə yaradılır. Bu isə torpağa yeraltı basqı, şoranlıq, qamışlıq, torpaq sürüşmələri yaradır. Həmçinin bu stansiyaların qurulmasında böyük torpaq sahələrini istismar edir. Bunlar isə adətən Avropada bərpa olunan enerji mənbələrinə aid edilmir.

Misal üçün indi Çində 22 min MVT-lıq SES-lər tikilir. Bunun su anbarı üçün bir neçə yaşayış məntəqəsi boşaldılıb.

İstinadlar Report