Jurnalist Sərxan Kamallı vəfat edib.

Bu barədə onun iş yoldaşları məlumat yayıblar.

Bildirilib ki, ötən gün insult keçirən və komatoz halında Xətai Tibb Mərkəzinə yerləşdirilən jurnalist dünyasını dəyişib.

Qeyd edək ki, Sərxan Kamallı jurnalistika fəaliyyətinə 2008-ci ildə ANS-də başlayıb. Onun son iş yeri Baku TV-də redaktor vəzifəsi olub.

İstinadlar Qafqazinfo