İyulun 1-də saat 22 radələrində Şərur rayonunun Danyeri kəndi ərazisində Muğanlı kənd sakini İ.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən Xanlıqlar kənd sakini Elsevər Arzumanovu vurub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Arzumanov iyulun 2-də ölüb.

İstinadlar Report