“Finnair” aviaşirkətinə məxsus Sinqapur-Helsinki reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Airbus A350” təyyarəsi yerli vaxtı ilə saat 02:31-də Bakı hava limanına eniş edib.

Məlumata görə, sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibbi klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə 05:50-də Bakıdan Helsinki şəhərinə yola düşüb.

İstinadlar Qafqazinfo