
“Aprelin 1-dən Abşeron dairəvi dəmir yolu xəttində əlavə 61 reys təyin olunacaq”.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bu gün keçirilən brifinq zamanı deyib.
Onun sözlərinə görə, bu addım sərnişin sıxlığının azaldılması ilə bağlı atılıb.