Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı qanunsuz torpaq satışı ilə bağlı yeni ittiham irəli sürülüb.

Məlumata görə, torpağın əsas alıcısı Çin səfirliyi olub. Sövdələşmə 2005-ci ildə hökumətin qərarı ilə bağlanıb və bu gün həmin ərazidə Çinin diplomatik nümayəndəliyi yerləşir.

Bu proses Ermənistan-Çin münasibətlərini çətinləşdirə bilər, çünki indi rəsmi Pekin səs-küylü cinayət işinə cəlb olunmuş vəziyyətdədir.

Martın 12-də Ermənistanın üçüncü prezidentinə yeni ittiham irəli sürüldüyü məlum olub. O, İrəvanda “Yerablur” hərbi panteonunun yaxınlığında yerləşən torpaq sahələrinin qanunsuz satışı üzrə iş çərçivəsində külli-miqdarda mənimsəmədə və çirkli pulların yuyulmasında şübhəli bilinir.

İstinadlar Report