Biləsuvarda qəbiristanlığın yaxınlığında meyit tapılıb.

Cəbrayıl rayon prokurorluğundan verilən məlumata görə, iyunun 28-də Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələrin arasında yerləşən qəbiritanlığın yaxınlığındakı su buraxıcısından kişi meyiti aşkar olunub.

Dərhal polis və prokurorluq əməkdaşlarının, məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
İlkin araşdırmalarla, onun Ağsu rayonu Muradlı kənd sakini, 1957-ci il təvəllüdlü Əkbərov Rahim Məlikbaba oğlu olduğu müəyyən edilib. Onun bədəni üzərində heç bir xəsarət izi aşkar edilməyib. R.Əkbərovun su buraxıcısında sərinləmək məqsədi ilə çimərkən boğulub öldüyü məlum olub.

Metiyin daxili müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

İstinadlar Qafqazinfo