Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana iki günlük səfərini başa vurub.

Bu barədə Klaar öz rəsmi tviter hesabında məlumat paylaşıb.

“Arazdəyənə səfərim Azərbaycan və Ermənistanın döyüş mövqelərinin nə qədər yaxın olduqları ilə bağlı aydın təəssürat yaratdı. Danışıqlar üçün daha yaxşı mühitə töhfə vermək üçün sərhəddəki gərginliyi azaltmaq vacibdir. Avropa İttifaqı öz dəstəyini verməyə hazırdır”, – deyə Klaar vurğulayıb.

Qeyd edək ki, Toivo Klaar Ermənistana səfəri çərçivəsində ölkənin xarici işlər naziri Ararat Mirzoyan və Baş nazir Nikol Paşinyan ilə görüşüb.

Onun Azərbaycana da səfəri gözlənilir.

İstinadlar Qafqazinfo