“Ermənistan Azərbaycanla sərhəddə demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın və digər beynəlxalq tərəfdaşlarının dəstəyi ilə Azərbaycanla sərhəddə demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır.

O həmçinin qeyd edib ki, bu prosesin həyata keçiriləcəyi mühit də çox önəmlidir.

İstinadlar Qafqazinfo