“Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsi məsələsi üzərində işlər aparılır”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Rossiya seqodnya” mediaqrupunun Diplomatik işçilər gününə həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, görüş məsələsi üzərində iş gedir: “Mövcud razılaşmalar çərçivəsində sabitləşməyə doğru gələcək hərəkət üçün platformaları, format təmin etmək baxımından əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik”.