“Rusiya Qarabağ münaqişəsinin həll olunmasında yaxından iştirak edib”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

O deyib ki, biz müxtəlif münaqişələrin həlli ilə bağlı işlərə yaxından cəlb olunmuşduq: “Bunlar Qarabağ, Suriya, Liviya, Əfqanıstan, İranın nüvə proqramı, Fələstin, Koreya yarımadasındakı vəziyyətdir”.