Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 12-də MDB-yə üzv dövlətlərin Moskvadakı səfirləri ilə ənənəvi görüş keçirəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 8-də keçirdiyi brifinqdə bildirib.
“Sergey Lavrov qarşıdan gələn ildə qurum ölkələri ilə fəaliyyətin nəticələrini yekunlaşdıracaq, gələcək üçün Rusiyanın prioritet istiqamətlərini elan edəcək”, – o deyib.