
Noyabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın paytaxtı İrəvana ikigünlük səfəri başlayıb.
Məlumatı Ermənistan KİV-i yayıb.
O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər, müdafiə nazirləri və qurumun Təhlükəsizlik Şurası katibliyinin noyabrın 23-də İrəvanda keçiriləcək birgə iclasında iştirak edəcək.