
Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması prosesi ölkənin suveren qərarıdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
Rusiya diplomatiyasının rəhbəri İrəvana bu məsələni hərtərəfli ölçüb-biçməyi tövsiyə edib.
“Ermənistan hökuməti istənilən beynəlxalq ittifaqa qoşulmaqla bağlı qərar vermək hüququna malikdir. Lakin o bunu ciddi şəkildə ölçüb-biçməli və nəticələrə görə məsuliyyət daşımalıdır”, – siyasətçi bildirib.