
Ermənistan və Azərbaycanı sülh danışıqlarına dair qərar qəbul etməyə vadar etmək cəhdləri səmərəsiz və faydasız olub, bu, 30 il ərzində müşahidə edilib.
Bunu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıç III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində deyib.