
Serbiyanın yeni seçilmiş prezidenti Aleksandr Vuçiç xalqa ona göstərdiyi etimada görə təşəkkür edib.
Bu barədə “TASS” xəbər verib.
Xəbərdə bildirilir ki, Vuçiçin seçki qərargahı namizədin prezident seçkilərində qalib gəldiyini açıqlayıb. Bundan sonra Vuçiç vətəndaşlara müraciət edib.
“Mən insanların etibarından çox qürurluyam. Seçki məntəqələrinə gəlmiş 3 milyon 700 min seçicidən 2 milyon 35 min nəfəri səslərini mənim lehimə verib. Bütün qalan namizədlərin birlikdə qazandığı səsdən 12 faiz çox səs yığdım”, – deyə bsabiq aş nazir bildirib.
Prezident seçilmiş Vuçiç Rusiya Federasiyası və Koreya Xalq Respublikasıyla mehriban münasibətlərin saxlanılmasıyla Avropa Birliyi yolunu davam etməyə söz verib.