Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin mədəniyyət nazirinə hücum edən şəxsin saxlanıldığını açıqlayıb.

Bu barədə “Tanjug” agentliyi məlumat yayıb.

“Biz o alçağı tutduq. <…> Serbiyada zorakılığı sevən hər kəs həbsxanaya gedəcək”, – dövlət başçısı Smederevo şəhərində sakinlərlə görüş zamanı bildirib.

Zərərçəkmiş nazir Nikola Selakoviç hücumçunun ona yumruqla sifətinə zərbə endirdiyini deyib. Hadisə zamanı o, söyüş söyərək siyasi xarakterli ittihamlar səsləndirib.

İstinadlar Report