Serbiya Xarici İşlər Nazirliyi rəsmi Podqoritsanın analoji hərəkətlərinə cavab olaraq Monteneqronun ərazisindəki səfiri Tarzana Miloşeviçi geri göndərir.

Bu barədə Serbiya xarici siyasət idarəsinin saytında yerləşdirilmiş xəbərdə deyilir.

“Vyana konvensiyasının diplomatik əlaqələrlə bağlı 9-cu bəndinə əsasən Xarici İşlər Nazirliyi Monteneqronun Serbiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Tarzan Miloşeviçi “persona non-qrata” (arzuolunmaz şəxs-red) elan etməyə qərar verdi və ondan 72 saat ərzində Serbiya Respublikasını tərk etməyi xahiş etdi”, – xəbərdə deyilir.

Nazirlikdə vurğulayıblar ki, bu qərar serb səfiri Vladimir Bojoviçin Monteneqrodan geri göndərilməsinə cavab olaraq qəbul edilib.

İstinadlar Report