“Türkiyə regionda sülhün və sabitliyin qorunmasında mühüm tərəfdaşdır”.

Bunu Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyə parlamentinin sədri Mustafa Şentopla görüşü zamanı deyib.

Tərəflər razılaşıblar ki, ikitərəfli əməkdaşlıq və intensiv siyasi dialoq Serbiya ilə Türkiyə arasında münasibətlərin müasir tarixdə ən yüksək səviyyədə olduğunu göstərir ki, bu da həm qarşılıqlı hörmət və etimadın, həm də iki prezident arasında müstəsna şəxsi münasibətlərin nəticəsidir.

Prezident Vuçiç Serbiyanın regional əməkdaşlığa səmimi sadiq qaldığını bildirib və əlavə edib ki, bu mənada Türkiyəni regionda sülh və sabitliyin qorunmasında mühüm tərəfdaş hesab edir.

İstinadlar Report