
Serbiya Prezidenti Aleksandr Vuçiç etiraz edən tələbə və müəllimləri fevralın 5-də danışıqlara rəsmən dəvət edib.
Bu barədə Belqrad rektorluğuna rəsmi məktub göndərilib.
“Əgər ali məktəb müəllimləri və tələbələr tələblərin bir qisminin yerinə yetirilmədiyi və ya tam yerinə yetirilmədiyi mövqeyini tuturlarsa, bu barədə, eləcə də hazırkı vəziyyətin aradan qaldırılması üçün dialoq açmaq lazımdır. Sizi fevralın 5-də gənclərin və bütün cəmiyyətin rifahı naminə söhbətlərə başlamağa dəvət edirəm”, – məktubda bildirib.