Serbiyanın Milli Assambleyası (parlamenti) etirazlara baxmayaraq, professor Curo Matsutanın ölkənin baş naziri postuna namizədliyini təsdiqləyib.

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, qərar qanunverici orqandakı 250 yerdən 156-na nəzarət edən hakim Serbiya Tərəqqi Partiyasının (STP) dəstəyi ilə qəbul edilib.

Xatırladaq ki, aprelin 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin Baş naziri postuna Curo Matsutanın namizədliyini irəli sürüb.

İstinadlar Report