Serbiya prezidenti Aleksandar Vuçiç, Macarıstanın baş naziri Viktor Orban və Avstriya kansleri Karl Nehammer Budapeştdə keçirilən görüşdə qlobal böhran zamanı ərzaq, enerji və qeyri-qanuni miqrasiyanı dəstəkləmək barədə razılığa gəliblər.

Bunu Serbiya prezidenti Aleksandr Vuçiç “Pink” telekanalına müsahibəsində deyib.

“Ukraynada getdikcə artan münaqişə ərəfəsində mən inanıram ki, biz daha da böyük iqtisadi və enerji təzyiqi altında qalacağıq. Vəziyyət çox çətindir. Biz ilk növbədə Macarıstanla, eyni zamanda Avstriya ilə hər mənada dəstək, qida, qaz, sərhədlərimizi qeyri-qanuni miqrantlardan qorumaq barədə razılığa gəlmişik”, – Vuçiç bildirib.

İstinadlar Report