“Hərbi əməliyyat o qədər anlaqsız və səmərəsiz keçirilir ki, bütün dünya, ən azından NATO buna gülür. Estoniya belə ərazi iddialarını irəli sürməyə başlayıb. Finlandiya isə təcili şəkildə NATO-ya qoşulur, çünki artıq heç nədən çəkinmir”.

Bunu qondarma Donetsk Xalq Respublikasının sabiq “müdafiə naziri” İqor Girkin bildirib.

“Əgər bunu Kremldə deyə bilmirlərsə, bütün faktlara əsaslanaraq düzünü deməliyəm, xüsusi hərbi əməliyyat tamamilə iflasa uğrayıb. Tamamilə. Bu o demək deyil ki, müharibə uduzulub. Ancaq müharibə uduzulmayıb. Lakin müharibə tamamilə fərqli şeydir. Bu 3 ay öncə əməliyyata başlayarkən Kremldə planlaşdırılan şey deyildi”, – İ.Girkin vurğulayıb.

İstinadlar Report