AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Bakının bir sıra yollarında tıxac müşahidə olunur – SİYAHI
  • Samuxda yol kənarında silah-sursat aşkarlanıb
  • Türkiyədə şənlik mərasimində silahlı insident nəticəsində 9 nəfər yaralanıb
  • Maduro Venesuelada yeni ştatın yaradıldığını elan edib
  • Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olundu
  • Dünyanın ziyarət edilməli ən qəribə yerləri – Bu qiymətə!
  • Argentina Prezidenti rəsmi statistikaya şübhə etdiyinə görə məhkəməyə verilib
  • Kim Çen In Ümumrespublika Analar Qurultaynda ağlayıb
  • “Dəvəkimilər İli” elan edildi
  • Ərdoğanın Yunanıstana səfəri zamanı iki ölkə arasında 20 müqavilə imzalanacaq
  • Türkiyədə şənlik mərasimində silahlı insident nəticəsində 9 nəfər yaralanıb
  • Dünyanın ziyarət edilməli ən qəribə yerləri – Bu qiymətə!
  • Kim Çen In Ümumrespublika Analar Qurultaynda ağlayıb
  • İsrail səfiri: “HƏMAS-la döyüşlərdə ölən hərbçilərimiz arasında azərbaycanlıların olmasından məlumatsızıq”
  • ABŞ-nin Azərbaycandakı səfirliyindən Ağdamdakı mina partlayışına – Reaksiya
  • İsrailin müdafiə naziri: “HƏMAS Qəzzaya nəzarəti itirir”
  • Xəzər İbrahim ABŞ rəsmilərinə hansı sübutları təqdim edib?
  • SAF 2023 davam edir – Fotolar
  • CEPEJ-in iclasında Azərbaycanın məhkəmə-hüquq sistemində aparılmış islahatlar haqqında məlumat verilib
  • Milli Məclisin növbəti iclasının gündəliyində 22 məsələ var
  • Filippində 5,8 maqnitudada zəlzələ baş verib
  • Ekspert: “Tarif Şurasının dərmanlarla bağlı qərarı iş adamlarını sadə ekspertizaya sövq edəcək”
  • Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
  • Mina qurbanlarının sayı 338 nəfərə çatıb
  • İrəvanda ictimai nəqliyyatda gedişhaqqı artırılır
  • Yeni Kaledoniyalılar referendum tələb edir, Fransa müstəmləkəçiliyinə qarşı çıxırlar
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Separatçılar Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər – VİDEO
20/09/2023 14:14
Sertifikasiyadan keçmədən necə həkim işləyirlər? – VİDEO
05/12/2023 15:47
Qanunsuz tikililər söküldü – Video
05/12/2023 11:17
Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video
05/12/2023 05:35
Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət
04/12/2023 13:37
“Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video
03/12/2023 18:23
Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO
02/12/2023 23:53
Sənədsiz tikililər söküldü – Video
02/12/2023 12:17
Bakıda “07” yandı – Video
02/12/2023 10:59
Bu ərazidə içməli və tullantı su şəbəkələri yaradılır – Video
01/12/2023 15:26
Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb – VİDEO
01/12/2023 14:02
“Məktəblər bağlana bilər?” sualına – Nazirdən cavab – VİDEO
30/11/2023 21:11
DİN kibercinayətlərlə bağlı daha bir video yaydı
30/11/2023 13:50
Qaraheybətdə helikopter qəzasından 2 il ötür – VİDEO
30/11/2023 00:53
Bu yoldan keçənlər cərimələnəcək – Video
29/11/2023 23:23
Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO
29/11/2023 22:09
Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO
29/11/2023 15:41

Video xəbərlər

  • Sertifikasiyadan keçmədən necə həkim işləyirlər? – VİDEO
  • Qanunsuz tikililər söküldü – Video
  • Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video
  • Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət
  • “Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

06/12/2023
08:35 Bakının bir sıra yollarında tıxac müşahidə olunur – SİYAHI
08:29 Samuxda yol kənarında silah-sursat aşkarlanıb
06:53 Türkiyədə şənlik mərasimində silahlı insident nəticəsində 9 nəfər yaralanıb
06:02 Maduro Venesuelada yeni ştatın yaradıldığını elan edib
05:47 Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olundu
05:24 Dünyanın ziyarət edilməli ən qəribə yerləri – Bu qiymətə!
05:05 Argentina Prezidenti rəsmi statistikaya şübhə etdiyinə görə məhkəməyə verilib
04:47 Kim Çen In Ümumrespublika Analar Qurultaynda ağlayıb
04:41 “Dəvəkimilər İli” elan edildi
04:29 Ərdoğanın Yunanıstana səfəri zamanı iki ölkə arasında 20 müqavilə imzalanacaq
03:56 Netanyahu: “HƏMAS-ın taborlarının yarısının komandirləri zərərsizləşdirilib”
03:35 Bakıda avtomobil 80 yaşlı qadını vurub
02:56 İsrail səfiri: “HƏMAS-la döyüşlərdə ölən hərbçilərimiz arasında azərbaycanlıların olmasından məlumatsızıq”
02:23 Hondurasda yol qəzasında 12 nəfər ölüb, onlarla sərnişin yaralanıb
01:35 ABŞ Dövlət Departamenti: “Heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmirik”
00:47 Tailand səfiri: “Ölkəmizlə Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək” – EKSKLÜZİV
00:29 ABŞ-nin Azərbaycandakı səfirliyindən Ağdamdakı mina partlayışına – Reaksiya
00:17 İsrailin müdafiə naziri: “HƏMAS Qəzzaya nəzarəti itirir”
00:14 Xəzər İbrahim ABŞ rəsmilərinə hansı sübutları təqdim edib?
05/12/2023
23:32 Azərbaycan səfiri ABŞ Komissiyasına işlərindəki siyasi korrupsiya barədə dəlillər təqdim edib
22:41 Qod Nisanova ağır itki
22:38 Azərbaycanla İran arasında ikitərəfli və regional məsələlər müzakirə olunub 
22:26 Qəzzada ölənlərin ümumi sayı 16 min nəfəri keçib
22:17 Oğuzda 11 nəfər qızılcaya yoluxdu
21:29 MEDİA bəyanat yaydı
21:26 Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək
20:59 Göygölün Yeni Zod kəndində “ağıllı” işıqlandırma sistemi quraşdırılıb
20:53 Sabah Sumqayıtın bir hissəsində qaz olmayacaq
20:52 Şəmkirin iki kəndində elektrik şəbəkəsi yenilənib
20:50 İspaniyada kişi və qadınların siyasətdə bərabər təmsil olunması təşəbbüsü təsdiqlənib
20:35 Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 142-yə çatıb
20:29 Ağstafada 16 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb
20:26 Filippində avtobus aşıb, 25 nəfər ölüb
20:11 Günel Əliyeva: “Naxçıvanda xüsusi münbit biznes mühiti yaradılıb”
20:08 SAF 2023 davam edir – Fotolar
19:53 Babək rayonunda 61 yaşlı kişi intihar edib
19:50 Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olunub
19:47 “Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı xəbər yalandır”
19:41 XİN Jozep Borrellə cavab verib
19:17 Moskvada Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirilir
19:07 CEPEJ-in iclasında Azərbaycanın məhkəmə-hüquq sistemində aparılmış islahatlar haqqında məlumat verilib
19:05 Şamaxıda “BMW” aşdı, üç nəfər öldü
18:59 Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti TÜRKPA-nın Baş katibi ilə görüşüb
18:58 Qərbi azərbaycanlıların geri qayıdışının təmin edilməsi mövzusunda beynəlxalq konfrans başa çatıb
18:56 Körfəz ölkələri Qəzzanın bərpası üçün 1,6 milyard dollar ayıracaq
18:44 Milli Məclisin növbəti iclasının gündəliyində 22 məsələ var
18:38 Şamaxı və İsmayıllı sakinləri odlu silahları polisə təhvil veriblər
18:35 Filippində 5,8 maqnitudada zəlzələ baş verib
18:29 Faktiki hava açıqlandı
18:28 “Yeni qərardan sonra Azərbaycan bazarına keyfiyyətli dərmanlar daxil olacaq” – Ekspert
18:25 Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib
18:23 Ekspert: “Tarif Şurasının dərmanlarla bağlı qərarı iş adamlarını sadə ekspertizaya sövq edəcək”
18:20 Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:17 Mina qurbanlarının sayı 338 nəfərə çatıb
17:59 Daha bir uşaq qızılcadan vəfat etdi
17:53 İrəvanda ictimai nəqliyyatda gedişhaqqı artırılır
17:50 İsmayıllıda vələs və fıstıq ağaclarını qanunsuz kəsən şəxslər saxlanılıb
17:41 Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb
17:35 Yeni Kaledoniyalılar referendum tələb edir, Fransa müstəmləkəçiliyinə qarşı çıxırlar
17:32 Qubada xeyli sayda silah-sursat aşkarlanıb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Separatçılar Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər – VİDEO

Multimedia 20/09/2023 14:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Erməni silahlı qüvvələrinin birləşmələri Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin görüntüləri təqdim edirik:

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sertifikasiyadan keçmədən necə həkim işləyirlər? – VİDEO

Multimedia 05/12/2023 15:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son günlər mətbuatda bəzi həkimlərin sertifikasiyadan keçmədən fəaliyyət göstərməsi ilə bağlı məlumatlar paylaşılır. Bildirilir ki, sertifikasiya müddəti bitsə də, bir sıra həkimlər tibb müəssisələrində, xüsusən, özəl klinikalarda çalışır, xəstə qəbulu həyata keçirir və əməliyyatlar edirlər.

REAL TV mövzu ilə bağlı süjet hazırlayıb. Videomaterialda qeyd olunur ki, qanunvericiliyə uyğun olaraq, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik tibb mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Lakin təəssüf ki, dövlətin qoyduğu tələblərə bəzi həkimlər əməl etmir.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, bu problemlə bağlı davamlı olaraq monitorinqlər aparılır. Belə hallar həmin həkimlərin çalışdıqları müəssisə rəhbərliyi üçün də inzibati xəta doğrurur. Lakin bununla belə hər bir həkim sertifikasiyasız çalışmağın risk olduğunu bilməlidir: “Biz vətəndaşların sağlamlığı ilə bağlı məsuliyyət daşıdığımıza görə, hər bir həkim özlüyündə bilir ki, sertifikatsız çalışmaq risk faktorudur. Bu həmçinin orta tibb işçiləri üçün də keçərlidir. Qaydalara əsasən, xaricdə təhsil almış mütəxəssislərin də ixtisasını təsdiq etmək üçün müvafiq prosedurlardan keçməsi vacibdir. Əks halda, biz kifayət qədər yetərli tibbi təhsili olub-olmadığını müəyyən edə bilmədiyimiz, özünü müxtəlif istiqamətdə mütəxəssis kimi təqdim edən şəxslərlə üz-üzə qala bilərik”.

Oxumağa dəyər:   Azərbaycanla İran arasında ikitərəfli və regional məsələlər müzakirə olunub 

2015-ci ildən sertifikasiyadankənar fəaliyyət göstəridiyi iddia olunan həkimlərdən biri –  “Məlhəm” Klinikasında çalışan cərrah-oftalmoloq Aytən Sultanovadır. Onun sonuncu dəfə sertifikasiyadan 2015-ci ildə keçdiyi və bu müddətin 2020-ci ildə bitdiyi qeyd olunur. Həkimin sözügedən müddət də daxil olmaqla, müayinə və əməliyyatlar etdiyinə dair videolar sosial hesablarından mütəmadi olaraq paylaşılır.

A.Sultanova televiziyaya açıqlamasında sertifikasiyadan keçmədiyini təsdiqləyib. Lakin həkim bunu hazırda əməliyyat etməməsi, inzibati vəzifə tutması ilə əlaqələndirib: “2017-ci ildən inzibati vəzifədəyəm. Mən çalışdığım klinikada oftalmologiya bölməsinin rəhbəri yox, icraçı direktor müavini gedirəm. Hazırda əməliyyatlar həyata keçirmirəm. Nə vaxt qərara gəlsəm ki, əməliyyatları davam edim, müraciət edib sertifikasiyadan keçəcəyəm”.

Lakin araşdırmalarımızdan belə qənaətə gəlmək olar ki, həkimin sosial şəbəkələrdəki paylaşımlarından sertifikasiya müddətinin bitməsindən sonra praktik fəaliyyətlə məşğul olmadığını söyləməsi həqiqətə uyğun deyil. Məsələn, 2023-cü ildə paylaşılmış bu postlarda həkimin Eksimer lazer əməliyyatı kampaniyalarından bəhs edilir və A.Sultanova həftənin 1-5-ci günləri qəbul günlərinin olduğunu yazır:

Oxumağa dəyər:   Bakıda "Qlobal kontekst və ədalətli həll" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Hazırda da bəzi fotolara yazılan şərhlər, o cümlədən bəzi videolar həkimin praktik fəaliyyətlə məşğul olduğunu sübut edir.

Qeyd edək ki, qanunvericiliyə görə, sertifikasiyadan keçməyən həkimlərin praktik tibb və əczaçılıqla məşğul olunması faktı aşkar edilərsə, onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbirləri həyata keçirilməlidir.  

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qanunsuz tikililər söküldü – Video

Multimedia 05/12/2023 11:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu çərçivədə, Göygöl rayonunun Üçtəpə kəndi və Şəmkir rayonunun “Ceyrançöl” massivi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

 




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video

Multimedia 05/12/2023 05:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb.

Bununla bağlı görüntülər “Baku TV”də yayılıb.

Məsələ ilə bağlı Yasamal Bələdiyyəsindən televiziyaya münasibət bildirilib. Qeyd olunub ki, qəbir güclü külək nəticəsində dağılıb:

“Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur, amma ilk dəfədir ki, belə hal baş verib”.

Bildirilib ki, Yasamal qəbiristanlığında dəfn olunan mərhumun baş daşı yenisi ilə əvəz olunacaq.

Qeyd edək ki, aktrisa 1999-cu ildə vəfat edib. O, müğənni Rəşid Behbudovun bacısıdır. Mərhumun ən sevilən obrazı “Bəyin oğurlanması” filmində canlandırdığı Bibixanımdır.

Daha ətraflı videosüjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət

Multimedia 04/12/2023 13:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

FHN sosial şəbəkə səhifələrində Bakıda inşa edilən binada standartlara cavab verməyən materiallardan istifadə ilə bağlı iddialara cavab verib.

Nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda inşası aparılan çoxmərtəbəli yaşayış binasının monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığının 10 sm və örtük tavasının alt və üst torlarına aid armaturların diametrinin 8 mm olması ilə bağlı iddialar təsdiqini tapmayıb:

“Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2036-cı məhəllədə qanunvericiliyin tələbləri gözlənilməklə “TRVEGE” MMC tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə əsasında aparılır. Belə ki, həmin layihə sənədlərində monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığı 16 sm və örtük tavasının alt və üst torlarının armaturlarının diametri 10 mm göstərilib və tikinti işləri layihə sənədlərinə tam uyğun olaraq yerinə yetirilir. Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, obyektə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən bütün mərhələlər üzrə dövlət nəzarəti həyata keçirilir”.

Oxumağa dəyər:   İrəvanda ictimai nəqliyyatda gedişhaqqı artırılır

Həmçinin qeyd edilib ki, sosial şəbəkə səhifəsində məlum videonu paylaşan və sözügedən tikinti obyektində fəhlə kimi çalışan Elşən Eyvazov həmin videonu səhifəsində əlavə izləyici kütləsi qazanması və tikinti şirkəti ilə arasında gələcəkdə ehtimal etdiyi problemin qarşısının alınması məqsədilə qərəzli şəkildə hazırlayaraq yaydığını etiraf edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video

Multimedia 03/12/2023 18:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Mən üç il Prezident Heydər Əliyevlə bütün səfərlərə getdim. Hamısını da yazırdım, 1993-cü ildən 2003-cü ilə qədər Heydər Əliyevlə bağlı qeydlər apardığım 60 dəftərim var”.

Bunu Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi Dilarə Seyidzadə REAL TV-yə müsahibəsində deyib.

Səfərlərdə ziyafət olanda, menyunu da götürüb gəlirdim. Tarix insitutunda işləyəndə bizi öyrətmişdilər ki, cızma-qara edilən kağızı da atmayın, bu, böyük tarixdir. Onların hamısını arxivə vermişəm. Özüm qeydlər apardığım dəftlər isə məndədir”.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO

Multimedia 02/12/2023 23:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Veriliş Göyçə mahalının Güney kəndinə həsr olunub.

Araşdırmaçı Lütfiyar Nəsibov deyir ki, kəndin ilkin adı Sədənağac olub:

“İlk dəfə olaraq Sədənağac sözü İvan Şopenin məlum əsərində qeyd olunub. 1935-ci ildə kəndin adını dəyişərək Güney ediblər”.

Alim Əfqan Vəliyevin sözlərinə görə, kənd 1905-1907-ci illərdə yandırılıb:

“Əhalisinin bir qismi qəddarcasına qətlə yetirilib. Qalanları isə bir müddət Kəlbəcər və Gədəbəy ərazilərinə köçüblər, daha sonra kəndə qayıdıblar”.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sənədsiz tikililər söküldü – Video

Multimedia 02/12/2023 12:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu çərçivədə, Bakı şəhərinin Nəsimi rayonu və Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “07” yandı – Video

Multimedia 02/12/2023 10:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhəri, Xətai rayonu G.Ə.Şıxlınski küçəsi, 37 ünvanında avtomobildə yanğın baş verib.

Bu Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2107” markalı 77-GD-429 dövlət qeydiyyat nişanlı minik avtomibilində yanğın baş verməsi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda park vəziyyətində olan digər avtomobillər yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu ərazidə içməli və tullantı su şəbəkələri yaradılır – Video

Multimedia 01/12/2023 15:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Dövlət Su Ehtiyatları Agentliyi Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır.

Layihə bu ərazidə torpaq sürüşməsi təhlükəsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. Yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri istismar tələblərinə cavab vermir, tez-tez qəzalara səbəb olurdu. Burada kanalizasiya şəbəkəsi mövcud olmadığından tullantı suları əsasən septik qurğulara və şambolara axıdılırdı. Mərhələlərlə icra olunan layihəyə çərçivəsində indiyə qədər 17 km su və 37 km kanalizasiya xətləri inşa olunub. Kanalizasiya şəbəkəsinin tikintisi yekunlaşdıqdan sonra ərazilərdə septik qurğular və şambolar ləğv edilərək evlərin kanalizasiya xətləri mərkəzləşdirilmiş şəbəkəyə qoşulacaq.

Oxumağa dəyər:   Pərviz Şahbazov "Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilir"

Yeni su xətlərinin çəkilişi zamanı köhnə və primitiv xətlərin bir qismi zədələnə və ya sıradan çıxa bilər. Bu zaman qəza briqadaları tərəfindən zəruru tədbirlər görülərək su təchizatı qısa müddətdə bərpa edilir.

Ümumilikdə layihə çərçivəsində 3-cü yaşayış massivində hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarının, 69 km içməli, 68 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihə çərçivəsində 45 km içməli, 28 km tullantı su şəbəkələri inşa edilib.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb – VİDEO

Hadisə 01/12/2023 14:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəzər rayonu Binə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan ödəmə terminalından 7753 manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından kdə şübhəli bilinən Binə qəsəbəsi sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü İlham Rəhmanov saxlanılıb.

Araşdırma zamanı bu şəxsin paytaxtın Suraxanı rayonunda da 2 mağazada quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Saxlanılan zaman həmin şəxsdən oğurladığı maddi vəsaitin bir qismi aşkar olunaraq götürülüb. İ.Rəhmanov oğurluq yolla əldə etdiyi pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləyib.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. İ.Rəhmanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Məktəblər bağlana bilər?” sualına – Nazirdən cavab – VİDEO

Multimedia 30/11/2023 21:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Biz həm regional idarələr, həm səhiyyə orqanları ilə birgə prosesi izləyirik, məlumatları toplayırıq. Hazırda əlimizdə olan məlumatlara əsaslansaq, hansısa müəssisədə qapanmaya getməyi planlaşdırmırıq”. 

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Məktəblərdə qızılca xəstəliyinin yayılmasına münasibət bildirən nazir əlavə edib ki, hazırda ciddi təlaş yaradacaq məqamlar yoxdur:

“Əgər təhlükəli yerlər olarsa, hansısa məktəbi 1-2 həftəlik distant təhsilə keçirə, qapanmalara gedə bilərik”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN kibercinayətlərlə bağlı daha bir video yaydı

Multimedia 30/11/2023 13:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili İşlər Nazirliyi kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb.

Videoçarxda insanların dələduzların qurbanı olmaması üçün kartın 16 rəqəmini, bitmə tarixini, CVV və 3D kodunu heç kimə verməməsi bildirilib.

Qeyd edək ki, son vaxtlar ölkədə internet üzərindən dələduzluq və oğurluq hadisələrinin sayı artıb. Cinayət qurbanı olan şəxslər tez-tez sosial şəbəkələrdə başlarına gələn hadisələrlə bağlı paylaşım edirlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qaraheybətdə helikopter qəzasından 2 il ötür – VİDEO

Multimedia 30/11/2023 00:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğramasından 2 il ötür.

Hadisə 2021-ci il noyabrın 30-u, saat 10:40 radələrində təlim uçuşları yerinə yetirərkən baş verib.

Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam  Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur  Ənvər oğlu;

12. leytenant  Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. Ehtiyatda olan polkovnik Nəbiyev Elçin Fikrət oğlu.

Oxumağa dəyər:   Zahid Oruc: "Şuşanın siyasi paytaxt statusunun bərpası tarixi ədalətin təntənəsi olacaq"

Qəza zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu yoldan keçənlər cərimələnəcək – Video

Multimedia 29/11/2023 23:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

4 xətt üzrə-7A, 7B, 11 və 93 nömrəli avtobusların yolu 1,3 kilometr qısaldılıb.

Yerüstü Nəqliyyat Agentliyinin şöbə müdiri Tərlan Səfərov deyib ki, ərazidə təhlillər aparılıb və ictimai nəqliyyatın rahat hərəkətini təmin etmək məqsədilə dəyişiklik edilib.

Yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.

Qeyd edək ki, Ziya Bünyadov prospekti, Ayna Sultanova istiqamətində yerləşdirilən işıqfor yalnız avtobuslar üçün nəzərdə tutulub.

Ərazidə yol polisi də nəzarəti artırıb və düzünə hərəkət edən digər sürücülər 40 manat cərimə edilirlər.

Xezerxeber-az mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO

Multimedia 29/11/2023 22:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə indi Ermənistan ərazisi kimi qələmə verilən, Qərbi Azərbaycanda çox qədim yaşayış məskənlərindən biri olan Barana rayonu haqqında süjet hazırlanıb.

“Baranlı sülaləsinin adı ilə bağlı olan rayon” adlı süjetdə 200 ildən çoxdur erməni millətçiliyindən qidalanan vandal, barbar, şovinist siyasətin tərkib hissəsini, qədim Azərbaycan tarixini saxtalaşdırmaq, torpaqlarımızın yaddaşı olan yer-yurd adlarını dəyişdirmək, erməniləşdirmək təşkil etdiyi bildirilir.

Qeyd olunub ki, Barana Qərbi Azərbaycanda, indiki Ermənistanda, Dağ Borçalının Loru mahalında qədim ərazi olub. Barana Yelizavetpol, yəni Gəncə quberniyasının Qazax-Şəmşəddil qəzasında, əvvəl Barana, sonra Noyemberyan adlanan rayonda kənd və rayon mərkəzi hesab olunub. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana ərazisinin adı Baranlı sülaləsi ilə bağlıdır. Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi də qeyd olunur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Barana kəndi qeyd olunur.

Oxumağa dəyər:   Bakıda "Qlobal kontekst və ədalətli həll" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Vurğulanıb ki, ermənilər bu rayonun adını da saxtalaşdırmaqla qədim oğuz-türk izini itirməyə çalışıblar:

“Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1938-ci il fərmanı ilə bu yaşayış məntəqəsinin adı dəyişdirilərək Böyük Oktyabr Sosialist İnqilabının şərəfinə Noyemberyan qoyulub. 1937-ci ildən bəri rayonun inzibati mərkəzi İncəsu, Barana olub və 1971-ci ildə bura qəsəbə statusu verilib. Buradan İrəvan şəhərinə olan məsafə 187 kilometr təşkil edir”.

Diqqətə çatdırılır ki, bu ərazidə daim azərbaycanlılar yaşayıb və zaman-zaman deportasiyaya məruz qalıblar:

“Oğuz türkləri 1988-ci ildə Ləmbəli, Yuxarı Körpülü, Aşağı Körpülü, Ayrım qəsəbəsi kimi doğma yaşayış məntəqələrini tərk etməyə məcbur olublar. Bununla da ermənilər yer-yurd adlarını dövlət səviyyəsində saxtalaşdırmaq üçün özlərinə daha əlverişli şərait yaradıblar.

Barana rayonu üzrə 16 tarixi yer adı dəyişdirilib. Ötən əsrin 90-cı illərin əvvəllərində əraziyə ermənilər tərəfindən Tavuş adı verilib. Tavuş indiki Ermənistanın Karvansara, yəni İcevan, Barana, yəni Noyemberyan-Tavuş rayonlarının birləşdirilməsi nəticəsində 1995-ci il 7 noyabr tarixli Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanunla mərzlik kimi formalaşıb. İndiki Ermənistanın şimal-şərqində yerləşən mərzliyin inzibati mərkəzi Karvansara, yəni İcevan şəhəridir. Mərzliyə Dilican şəhəri, Barana, yəni Noyemberyan-Tavuş, Karvansara, yəni İcevan və Şəmşəddil, yəni Berd rayonları daxildir”.

Oxumağa dəyər:   Naxçıvan Ali Məclisinin adının dəyişdirilməsi - Təklif edildi

Sonda vurğulanıb ki, indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasiyası, izitirmə planı bugünədək davam edir:

“Lakin əminik ki, biz doğma yurd yerlərimizə yenidən qayıtmaqla tarixi yaddaşımızı bərpa edəcək, Vətən sevgisi ilə böyüyən gələcək nəsillər doğma ocaqlarımızı daim isti saxlayacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Oxumağa dəyər:   XİN Jozep Borrellə cavab verib

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO

Multimedia 29/11/2023 15:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən tabelikdə olan birləşmə və hissələrlə ərazidə və Simulyasiya Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb.

Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub.

Qərargahlar tərəfindən əməliyyatların planlaşdırıldığı ərazinin döyüş sahəsinin kəşfiyyat hazırlığı aparılıb, düşmən və öz bölmələrimizin ağırlıq mərkəzləri, qəti nəticə nöqtələri təyin edilərək arzu olunan son nəticənin əldə edilməsi üçün hazırlanan müxtəlif fəaliyyət tərzləri komandirin qərarı olaraq seçilməsi məqsədilə hərb oyununda sınaqdan keçirilib.
Hərbi hissələrin əməliyyat planlarının hazırlanması, aidiyyatı üzrə əmrlərin çatdırılması, eləcə də bölmələrin idarə olunması və aşkar olunmuş hava düşməninin məhv edilməsi üçün verilən məlumatların müasir texniki vasitələr üzərindən bölmələrə çatdırılması məşq etdirilib.

Oxumağa dəyər:   Pərviz Şahbazov "Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilir"

Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsilə vizual müşahidə və havadan kəşfiyyat aparılaraq şərti düşmənin döyüş mövqeləri və yaxın dərinlikdəki vacib obyektləri qiymətləndirilib. Əldə olunmuş kəşfiyyat məlumatları analiz edilərək manevr bölmələrinin döyüş meydanında hədəfə doğru sürətli və dəqiq irəliləməsi üçün onların qərargahlarına çatdırılıb.

Yuxarı qərargahdan alınmış döyüş əmrinə əsasən tank və mexanikləşdirilmiş bölmələr şərti düşmənin yerləşdiyi əraziyə hücum tapşırığını icra edib. Burada əsas diqqət düşmənin təminat yollarının və ehtiyatlarının yaxınlaşma istiqamətlərini görən hakim yüksəkliklərin ələ keçirilməsinə yönəldilib.

Təlimin ikinci mərhələsi qərargahlar tərəfindən qəbul edilən qərarların real ərazidə icra olunma mümkünlüyünü, komandirlərin döyüş meydanında tabelikdə olan bölmələrini idarəetmə bacarıqlarını, atəş-dəstək vasitələrinin effektiv istifadəsini və hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.

Müxtəlif qoşun növü birləşmələrinin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu təlimin yekununda qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsində və əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 05/12/2023 15:47

Sertifikasiyadan keçmədən necə həkim işləyirlər? – VİDEO

Read more
Multimedia 05/12/2023 11:17

Qanunsuz tikililər söküldü – Video

Read more
Multimedia 05/12/2023 05:35

Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video

Read more
Multimedia 04/12/2023 13:37

Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət

Read more
Multimedia 03/12/2023 18:23

“Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video

Read more
Multimedia 02/12/2023 23:53

Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO

Read more
Multimedia 02/12/2023 12:17

Sənədsiz tikililər söküldü – Video

Read more
Multimedia 02/12/2023 10:59

Bakıda “07” yandı – Video

Read more
Multimedia 01/12/2023 15:26

Bu ərazidə içməli və tullantı su şəbəkələri yaradılır – Video

Read more
Hadisə 01/12/2023 14:02

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 30/11/2023 21:11

“Məktəblər bağlana bilər?” sualına – Nazirdən cavab – VİDEO

Read more
Multimedia 30/11/2023 13:50

DİN kibercinayətlərlə bağlı daha bir video yaydı

Read more
Multimedia 30/11/2023 00:53

Qaraheybətdə helikopter qəzasından 2 il ötür – VİDEO

Read more
Multimedia 29/11/2023 23:23

Bu yoldan keçənlər cərimələnəcək – Video

Read more
Multimedia 29/11/2023 22:09

Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO

Read more
Multimedia 29/11/2023 15:41

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO

Read more
Multimedia 28/11/2023 23:25

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” – VİDEO

Read more
Multimedia 28/11/2023 10:29

Bu rayonlara qar yağdı – Video

Read more
Hadisə 28/11/2023 08:59

Güclü külək Bakıda bir sıra fəsadlar törədib – VİDEO

Read more
Multimedia 28/11/2023 04:50

Vətəndaşlığını təsdiq edən sənədi yoxdur, ailəsini görə bilmir – Video

Read more
Hadisə 26/11/2023 10:24

Şüvəlanda əl qumbarası və mərmilər aşkarlanıb – VİDEO

Read more
Multimedia 25/11/2023 11:02

Vilayət Eyvazov sıra baxışı keçirdi – Video

Read more
Multimedia 25/11/2023 10:42

Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib – Video

Read more
Multimedia 25/11/2023 07:47

Liderlər Bakıdan belə yola salındı – Video

Read more
Multimedia 24/11/2023 12:00

Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb – VİDEO

Read more
Multimedia 24/11/2023 11:37

FHN BEGOC Biznes Mərkəzində yanğın-taktiki təlim keçirib – Video

Read more
Multimedia 24/11/2023 08:38

Gəncədə müəssisə ərazisində mazut və yağ çəlləkləri yandı – Video

Read more
Multimedia 23/11/2023 20:47

Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı – VİDEO

Read more
Multimedia 23/11/2023 12:12

Azərbaycanın dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər – VİDEO

Read more
Multimedia 23/11/2023 11:05

Rəşad Dağlının həmin gün dedikləri – İlk video

Read more
Multimedia 23/11/2023 09:50

Yanğın yerinə 20-dən çox texnika cəlb olunub – Video – Fotolar

Read more
Multimedia 23/11/2023 08:20

Tikinti materialları bazarındakı yanğın nəzarətə alındı – Video +

Read more
Multimedia 23/11/2023 01:05

Prezidentin iştirak etdiyi tədbirdən maraqlı görüntülər – Video

Read more
Multimedia 22/11/2023 18:20

Rusiya KİV: “Azərbaycan Fransanın neokolonial siyasətinə qarşı mübarizəyə xüsusi diqqət yetirir” – VİDEO

Read more
Multimedia 21/11/2023 17:35

FHN dənizdə qalan 26 nəfəri təxliyə etdi – Video

Read more
Multimedia 21/11/2023 12:17

Şəhid atasının müraciəti qısa zamanda həllini tapdı – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla