İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami Prezident İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi əraziyə yollanıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, Səlamidən başqa, SEPAH-ın bir neçə yüksək rütbəli zabiti də qəza yerinə gedib. Onların axtarış prosesini sürətləndirmək üçün birbaşa hadisə yerindəcə əmr verəcəkləri qeyd edilir.

Daha əvvəl SEPAH-ın İranın Şərqi Azərbaycan əyalətindəki komandanı general Əsgər Abbas Qalizadə Prezidentin olduğu helikopterin qəzaya uğramasının dəqiq yerinin müəyyən edildiyinə aydınlıq gətirib. O, axtarış-xilasetmə əməliyyatında iştirak edən hər kəsin çətin eniş sahəsinə getdiyini və “insanlara xoş xəbər çatdıracağına” ümid etdiyini qeyd edib.

İstinadlar Report