Sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş ola bilər.

Iki ölkə liderlərinin Vaşinqtonun Ankaraya F-16 qırıcı təyyarələri satması sahəsində yaranan problemləri müzakirə edəcəyi gözlənilir.

Türkiyə bu prosesin uzanmasını istəmir. Ona görə də məsələni ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə həll edərək F-16-ların satışına icazə verəcək sazişin tez bir zamanda ABŞ Konqresində müzakirəyə çıxarılmasına çalışır. Beləliklə, Konqres bir müddət sonra F-16 satışını təsdiqləyə bilər.

Qəzet yazıb ki, Türkiyə müdafiə sənayəsi firmalarının imkanlarının, ixraclarının artırılması yeni və milli müdafiə sənayəsinin inkişafına töhfə verəcək. Ödəmələr zamanı yarana biləcək mənfi təsirlərin qarşısını almaq məqsədilə əsas firma olan OFFSET-lə razılaşmalar imzalanacaq. Beləliklə, “qazan-qazan” prinsipi həyata keçiriləcək. Çünki bu razılıq əsasında qarşı tərəf də Türkiyədən bəzi istehsal məhdulları almalı olacaq.

İstinadlar Report