
Sentyabr ayında ölkədə baş verən daşqınların ümumi zərərini ən azı 60 milyard kron (təxminən 2,4 milyard avro) dəyərində qiymətləndiririk.
Bu barədə Çexiya maliyyə naziri Zbynek Stanjura deyib.
O qeyd edib ki, təbii fəlakətdən dəymiş ziyanın məbləğinin hesablanması hələ başa çatmayıb və rəqəmlər dəyişə bilər.
Daşqınlardan ən çox zərər dövlət əmlakına dəyib. Ölkə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün vəsaitin bir hissəsini Avropa İttifaqının fondlarından alacaq.