Seneqalın Baş naziri Usman Sonko Parisin son illərdə Seneqal müxalifətinə qarşı həyata keçirilən repressiyalara dolayı dəstəyini pisləyib və ölkəsindəki Fransa bazalarının bağlanması məsələsinin gündəmə gətirilməsini istisna etməyib.

Bu barədə o, Senaqalda səfərdə olan “Ram edilməyən Fransa” Partiyasının sədri Jan-Lyuk Melanşonun Dakar Universitetində iştirak etdiyi tədbirdə çıxışında deyib.

“Altmışdan çox insanın öldürülməsi, minlərlə insanın yaralanması, mindən çox insanın siyasi düşüncələrinə görə həbs edilməsi ilə nəticələnən bütöv bir siyasi hərəkatın son dərəcə vəhşicəsinə təqib olunduğu bütün dövr ərzində biz Fransa hökumətindən hadisələrə görə heç vaxt qınaq sözləri eşitməmişik”, – Seneqal lideri vurğulayıb.

O əlavə edib ki, bu, bütün Avropa İttifaqına da aiddir: “Həqiqət budur ki, bir çox Avropa hökumətləri, xüsusən də fransızlar bizim suveren siyasi kursumuzla razılaşa bilmir və bunun qarşısını almağa cəhd edirlər”.

Hökumət başçısı qeyd edib ki, Seneqal nümunəsi Fransa Prezidenti Emmanuel Makronun Afrikaya qarşı yeni siyasət həyata keçirmək cəhdinin uğursuzluğunu göstərir, çünki Paris avtoritar və korrupsioner rejimləri dəstəkləməkdən imtina etməyib.

İstinadlar Report